Saxlanılan maşındakı sərnişin polisi özünü bıçaqlayacağı ilə hədələdi

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları (BDYPİ) tərəfindən mayın 8-i saat 9 radələrində Bakı-Qazax yolunda yerləşən postda “KİA” markalı avtomobil yoxlama nəzarət qaydasında saxlanılıb.

Bu barədə Metbuat.az-a BDYPİ-dən məlumat verilib.

Sürücü, Bakı şəhər sakini Nasir Məmmədov və sərnişinləri - əvvəllər məhkum olunmuşlar - Ruslan Cavadov, Mehman Mirzəyev və Elgün Əliyev özlərini şübhəli apardıqlarına görə posta dəvət ediliblər.

Sürücü ilə fərdi söhbət aparılarkən sərnişinlərdən biri cibindən bıçaq çıxararaq uca səslə onları buraxmasalar özünə xəsarət yetirəcəyini bildirib, bu zaman digər sərnişin qaçmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü və sərnişinlər avtomobillə birgə Hacıqabul Rayon Polis Şöbəsinə (RPŞ) təhvil veriliblər.

RPŞ-də avtomobilə baxış zamanı oradan heroin, marixuana, metamfetamin, elektron tərəzi, beşbarmaq və bıçaq aşkar olunaraq götürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı