Messinin transferi ilə bağlı rəsmi açıqlama - İddialara son qoyuldu

PSJ-dən ayrılacağı gözlənilən Lionel Messinin "Əl-Hilal" klubu ilə razılığa gəldiyinə dair iddialar müzakirələrə səbəb olub.

Metbuat.az xəbər verir ki, argentinalı ulduzun atası və meneceri Xorxe Messi transferlə bağlı mühüm açıqlama verib. O bildirib ki, Messinin "Əl-Hilal" klubu ilə razılıq əldə etdiyi barədə iddialar əsassızdır. "Qəti olaraq deyə bilərəm ki, növbəti mövsüm üçün heç bir klubla müqavilə bağlanmayıb. Vəziyyətə mövsümün sonunda qərar verəcəyik” - Xorxe Messi deyib.

Qeyd edək ki, "Əl-Hilal" klubunun Lionel Messiyə illik 400 milyon avro məbləğində məvacib təklif etdiyi və futbolçunun təklifi qəbul etdiyi bildirilmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı