İmran Xana görə Pakistan qarışdı - Ölü və yaralılar var

Pakistanın keçmiş baş naziri İmran Xanın Milli Hesabat İdarəsi tərəfindən nəzarətə alınmasından sonra başlayan etirazlarda 1 nəfər ölüb, 13 nəfər yaralanıb.

Metbuat.az xəbər verir ki, etirazlar zamanı 43 nümayişçi saxlanılıb. Bildirilir ki, dinləmələrdə iştirak etmək üçün Lahordan paytaxt İslamabada gələn Pakistan Ədalət Hərəkatı partiyasının lideri Xan paramilitarlar tərəfindən məhkəmə qarşısında saxlanılıb. Bundan sonra müxtəlif şəhərlərdə etiraz aksiyaları keçirilib. İslamabad Ali Məhkəməsi Xanın korrupsiya işinə görə saxlanılmasının qanuni olduğunu bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı