İranda jurnalist güllələnərək öldürüldü

Xuzistan əyalətinin İzə şəhərində yaşayan "Toseeye Cənub" qəzetinin baş redaktoru Əkbər Limonçu güllələnərək öldürülüb.

Metbuat.az xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.

"Mayın 12-i axşam saatlarında İzə şəhərinin Salman Farsi küçəsində yerləşən kafedə baş redaktora silahlı şəxs hücum edib. Əkbər Limonçu və onunla bir yerdə olan bir neçə nəfər güllələnib",- məlumatda bildirilir.

Baş redaktor xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Digər yaralılar isə xəstəxanaya yerləşdiriliblər.

İran Polis Komandanlığının İnformasiya Mərkəzinin rəhbəri Səməd Abbasi hadisənin baş verdiyini təsdiqləsə də, hadisənin təfərrüatı barədə açıqlama verməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı