"Seçkilərin təhlükəsizliyini 600 mindən çox polis təmin edir" - Soylu

"Türkiyədə prezident və parlament seçkilərinin təhlükəsizliyini 600 mindən çox hüquq-mühafizə orqanı əməkdaşı təmin edir".

Metbuat.az xəbər verir ki, bunu daxili işlər naziri Süleyman Soylu İstanbuldakı seçki məntəqələrindən birində səsvermədən sonra bildirib.

"Seçkilərin təhlükəsizliyinin təmin edilməsinə polisin və jandarmanın 601 min nümayəndəsi cəlb olunub. Seçkilərin təhlükəsizliyinin təmin edilməsində təcrübəmiz var və onu indi uğurla həyata keçirəcəyik", - deyə nazir qeyd edib.

Süleyman Soylunun sözlərinə görə, hüquq-mühafizə orqanları seçki məntəqələrində təhlükəsizliyin təmin edilməsi baxımından işlərini Yüksək Seçim Qurumu ilə əlaqələndirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı