"Deyilənlər yalandır" - Ronaldonun anası...

Kriştiano Ronaldonun anası Dolores Aveyro oğlu ilə onun sevgilisi Corcina Rodriges arasındaki münasibətlərdən danışıb.

Metbuat.az xəbər verir ki, o, cütülk arasında dava olması ilə bağlı yayılan xəbərləri təkzib edib. Dolores Aveyro mediada dərc edilən xəbərlərin əsassız olduğunu və belə xəbərləri oxuyanda əsəbləşdiyini ifadə edib. "Onların hamısı yalandır. Hər cütlük mübahisə edir, amma yazılanlar yalandır" - Dolores Aveyro deyib.

Qeyd edək ki, mediada Ronaldo ilə Rodrigez arasında mübahisənin baş verdiyi irəli sürülür. İddia edilir ki, Ronaldo Rodrigezin Ər-Riyaddakı ticarət mərkəzində saatlarla alış-veriş etməsindən narazıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı