Şoyqu Ukraynanın iddialarını təkzib etdi

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukrayna hərbi rəsmilərinin paytaxt Kiyevə edilən hücumlarda Rusiyaya məxsus 6 hipersəsli Kinjal raketinin vurulması ilə bağlı açıqlamalarını təkzib edib.

Metbuat.az xəbər verir ki, Rusiya mətbuatına danışan nazir Şoyqu bildirib ki, Ukrayna hakimiyyəti hava hücumundan müdafiə sistemlərinin fəaliyyətinin effektiv olması barədə təəssurat yaratmağa çalışır.

“Mən bunu əvvəllər demişəm və təkrar edirəm. Onların vurduqlarını iddia etdikləri qədər “Kinjal” raketi buraxmadıq. Ukraynalılar tərəfindən vurulan “Kinjal” raketlərinin sayı bizim atdığımız rəqəmdən üç dəfə çoxdur. Həmçinin, ABŞ istehsalı olan hava hücumundan müdafiə sistemlərini əslində kimin istifadə etməsi sual işarəsidir” – Şoyqu deyib.

Qeyd edək ki, Ukrayna ABŞ-ın tədarük etdiyi “Patriot” müdafiə sistemi ilə Rusiyanın “Kinjal” raketlərini vurduqlarını açıqlayıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı