"Deyirdi, ata, ürəyim partlayır..." - Xalq artisti oğluna görə nazirə ETİRAZ ETDİ

“Oğlumu o şöbədən bu şöbəyə atdılar, bezdirdilər, axırda da işdən çıxardılar”.

Metbuat.az yenicag.az-a istinadən xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əmri ilə oğlu işdən çıxarılan Xalq artist Şeyx Əbdül Mahmudbəyli deyib.

O, oğlunun buna görə stres keçirdiyini bildirib:

“Oğlumu işdən çıxarıb göndəriblər evə. Stres içərisindədir. Nazir Sahil Babayevlə əlaqə saxlaya bilmirəm. Niyə mənim oğlumu işdən çıxarırsan? Səbəb nədir?

Oğlumun əmək kitabçası o nazirlikdə açılıb. Nə var, nə var oğlum Səlim Müslümovun zamanında işləyib. Oğlumu elə pisikdirdilər ki, cana doydu.

Deyirdim, oğlum döz. Deyirdi, ata, ürəyim partlayır, dözə bilmirəm, nə qədər təhqir, həqarət, mənə aid olmayan işlər olar? Bu nazir bizdən nə istəyir? Haqq-salama görə susurdum. Budur onun mənə hörməti?

Mən ona deyirəm, bu hərəkəti səndən gözləməzdim, ayıb olsun. Bir dənə Şeyx Əbdulun oğlunu işdə saxlamaq olmazdı? Orada nə işlər çevirirsiz, özünüz bilərsiz, Allah işinizi avand eləsin, amma oğlumun başında çatlatmayın”.

Qeyd edək ki, nazir Sahil Babayevin müvafiq əmri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin baş əmək müfəttişi(kiçik müşavir) Babək Mahmudov tutduğu vəzifəsindən azad olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı