Sinan Oğandan AÇIQLAMA - "Qərarı elan edəcəyik"

Mayın 14-də Türkiyədə keçirilən prezident seçkilərinin ilk turunda üçüncü yeri tutan ATA İttifaqının namizədi Sinan Oğan bu gün ictimaiyyətə açıqlama verəcək.

Metbuat.az xəbər verir ki, bu barədə o, öz tviter hesabında məlumat verib. Oğan bildirib ki, Türkiyə saatı ilə saat 17:00-da mətbuat konfransı keçirəcək və son qərar açıqlanacaq:

"Məsləhətləşmələrimizin sonuna gəlmişik. Sabahkı görüşlər və məsləhətləşmələr yekunlaşdıqda, öz mövqeyimizi dəqiqləşdirmiş olacağıq. Qərarımızın hər hansı bir motivə əsaslanmadığını, türk millətinin gələcəyinin, ölkəmizin birlik və bütünlüyünün, sabitliyinin önəmli olacağının bilinməsini və məsələlərə bu prinsip əsasında baxdığımızın bilinməsini istəyirik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı