ChatGPT proqramında yenilik

“OpenAI” şirkəti iOS üçün ChatGPT tətbiqini istifadəyə verib.

Metbuat.az xəbər verir ki, bu barədə şirkətdən açıqlama verilib. Bildirilib ki, “iPhone” və “iPad”lərdə işləyəcək proqram pulsuz olacaq. Həmçinin proqram səsli daxiletməni dəstəkləyəcək və tarixçəni cihazlar arasında sinxronlaşdıra biləcək. Məlumata görə, kompüterdə olduğu kimi iOS proqramında da ChatGPT suallara cavab verə, səyahət planlarında kömək edə bilər.

Həmçinin istifadəçilər 20 dollar qarşılığında abunə olaraq proqramın daha sürətli versiyasını əldə edə bilərlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR