"Çip savaşı" - "Apple" yeni qərar verdi

“Apple” şirkəti ABŞ istehsalı olan məshullardan daha çox istifadə etmək üçün ABŞ-ın çip istehsalçısı “Broadcom” ilə müqavilə imzalayıb.

Metbuat.az xəbər verir ki, müqavilənin bir neçə milyard dollarlıq olduğu deyilir. Məlumata görə, müqavilə çərçivəsində iki ABŞ şirkəti ABŞ-da dizayn edilərək istehsal olunacaq 5G cihazları üçün komponentlər hazırlayacaq. “Apple” sövdələşmənin ABŞ iqtisadiyyatına 430 milyard dollar sərmayə yatırmaq planının bir hissəsi olduğunu deyib.

Qeyd edək ki, bu addım Vaşinqton və Pekin arasında texnoloji sənaye mərkəzli ticarət mübahisəsinin kəskinləşdiyi bir vaxtda atılıb. Çin çip istehsal edən ABŞ şirkətinə sanksiya tətbiq etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı