Gəlin toydan qaçan bəyi 20 km təqib edib nigah masasına qaytardı - VİDEO

Hindistanın Uttar Pradeş əyalətində 2,5 ildir nişanlı olan cütlük evlənmək qərarına gəlib.

Metbuat.az “NDTV”yə istinadən xəbər verir ki, toyla bağlı bütün hazırlıqlar həyata keçirilib. Lakin toy günü bəyi tapmaq mümkün olmayıb. Toy günügəlin paltarında olan xanım, bəyə zəng edərək, onun harada olduğunu soruşub. Bəy isə “Anamı toya gətirmək üçün getmişəm” cavabını verib. Lakin gəlin buna inanmayıb və gələcək ərinin arxasınca gedib. Azı 20 kilometrlik iki saatlıq təqibdən sonra gəlin bəyi Bareilly şəhərinin yaxınlığındakı avtobusda tapıb. Ailələrin də səyi nəticəsində Bareilly kənarındakı məbədə gətirilən bəy burada gəlinlə evlənib.Ailələr və yaxınlar gəlini ailəsini qorumaq üçün göstərdiyi cəsarətə görə təbrik edib.

Bəy isə evlilik məsuliyyətindən qaçdığına görə danlanıb. Toy görüntülərində bəyin mərasimə gündəlik geyimində gəldiyi görülüb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı