Zəlzələdən sonra "yoxa çıxan" 5 yaşlı türk minlərlə km uzaqda tapıldı

Hollandiyada təkbaşına tapılan 5 yaşlı türk uşaq dünya mətbuatında geniş əks-səda yaradıb.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, uşaq yalnız türkcə danışa bilir. Hollandiya rəsmiləri uşağın kimliyini açıqlamayıb. Onun ölkəyə necə girdiyi məlum deyil. Məlumata görə, uşaq Hollandiyanın cənubundakı Maastrixt şəhərində tək tapılıb. Maastrixt şəhər polisinin açıqlamasına görə, 5 yaşlı türk şəhərin mərkəzində təkbaşına gəzərkən tapılıb. Uşaq türkcə bilən polislər danışaraq vəziyyətini izah edib.

Türkiyədən gəldiyini deyən uşaq valideynlərinin Türkiyədə olduğunu və fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələdə xəsarət aldığını bildirib. Polis uşaqla bağlı araşdırma aparır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı