Dövlət Statistika Komitəsinin kollegiyası yeni tərkibdə təsdiqləndi

Dövlət Statistika Komitəsinin kollegiya üzvlərinin sayı 11 nəfərdən ibarət olacaq.

Metbuat.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin qərarı ilə “Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin kollegiyasının tərkibi haqqında” qərara edilən dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, Kollegiya tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri

Kollegiyanın üzvləri:
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin birinci müavini
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavinləri
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının rəhbəri
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin müdiri

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının Sosial statistika şöbəsinin müdiri

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin direktoru.

İndiyə qədər Kollegiyanın tərkibi aşağıdakı kimi müəyyən edilmişdi.

Kollegiyanın sədri

Budaqov Tahir Yaqub oğlu

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri

Kollegiyanın üzvləri:

Məmmədov Vahab Feyruz oğlu

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin birinci müavini

Səlimov Rauf Ağaməmməd oğlu

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini

Yusifov Yusif Xasay oğlu

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini

Rəsulov Vaqif Nəcəfalı oğlu

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri

Musayev Cabbar Hafiz oğlu

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının rəhbəri

Əliyev Qasım Fərhad oğlu

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin müdiri

Suleymanov Rafael Söhbət oğlu

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri

Süleymanov Nuru Cəfər oğlu

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin müdiri

Hacı Elçin Həbib oğlu

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının sosial statistika şöbəsinin müdiri

Nuriyev Mübariz Əsgər oğlu

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin direktoru.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR