​Yeni mövsümün ilk böyük transferi reallaşdı

Marko Asensio “Real Madrid”dən ayrılmağa hazırlaşır.

Metbuat.az xəbər verir ki, bu barədə “ESPN” məlumat verib. Bildirilir ki, Asensio klubdan maddi cəhətdən diqqətçəkən təklif alsa da, davamlı forma geyinmədiyi üçün klubdan ayrılmağa qərar verib. “Milan”, “Aston Villa” və “Yuventus”dan təklif alan cinah hücumçusu PSJ-ni seçib. İddialara görə, tərəflər detalları razılaşdırıb və imza atmaq üzrədir.

Məlumata görə, transferin reallaşmasında Asensionun meneceri Jorje Mendeşlə PSJ-nin idman direktoru Luiz Kampos arasında yaxşı münasibətlərin olması da rol oynayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR