Avropada yeni müharibə xəbərdarlığı - "Tab gətirə bilmərik"

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, Kosovonun şimalında gərginliyin artmasından sonra Kosovo və Serbiya liderləri arasında yüksək səviyyəli görüş üçün çalışdığını bəyan edib.

Metbuat.az xəbər verir ki, o bildirib ki, Avropa yeni münaqişəyə tab gətirə bilməz. Avropa Birliyinin bütün zorakılıq hərəkətlərini pislədiyini bildirən Borrell, NATO-nun Kosovo Sülhməramlı Qüvvələrini dəstəklədiklərini bildirib. Borrell bildirib ki, o, Kosovonun Baş naziri Albin Kurti və Serbiya Prezidenti Aleksandr Vuçiç ilə telefonda danışaraq, hər iki tərəfi gərginliyi dərhal və ilkin şərt olmadan azaltmaq üçün lazımi tədbirləri görməyə çağırıb.

Qeyd edək ki, Kosovo polisinin Kosovonun şimalındakı serblərin yaşadıqları ərazilərdəki bələdiyyələrdə əməliyyatlar keçirməsi etirazlara səbəb olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı