ABŞ-ın “İnter Mayami” klubuna transfer olan Lionel Messi Səudiyyə Ərəbistanından gələn təklifi niyə dəyərləndirmədiyini açıqlayıb.
Metbuat.az xəbər verir ki, o bildirib:
“Həqiqət budur ki, pul mənim üçün heç vaxt problem olmayıb. Biz "Barselona" ilə heç vaxt müqavilə barədə danışmamışıq. Heç bir rəsmi, yazılı, imzalanmış təklif olmayıb. Bu transferin mümkün olub-olmayacağını bilmirdik. Niyyət var idi. amma konkret irəliləyiş olmadı. Məsələ pul olsaydı Ərəbistana və ya başqa yerə gedərdim”.
Mütəxəssislər hesab edir ki, Messi bu sözləri ilə həm də, “Əl-Nəsr”ə transfer olan Ronaldoya mesaj verib.