BDU-da yeni ixtisas və ixtisaslaşmalar açılacaq

Bakı Dövlət Universitetində (BDU) 2023/2024-cü tədris ili üzrə bakalavriat və magistratura səviyyələrində yeni ixtisas və ixtisaslaşmalar açılacaq.

Metbuat.az xəbər verir ki, bu barədə BDU-dan məlumat verilib.

BDU-da əmək bazarının tələbləri nəzərə alınaraq ali təhsilin bütün səviyyələri (bakalavriat, magistratura, doktorantura) üzrə təhsil proqramları sənaye-biznes müəssisələrinin mütəxəssisləri ilə birgə hazırlanır və yenilənir.

Bakalavriat səviyyəsində 2023/2024-cü tədris ili üzrə “Statistika”, “Meliorasiya mühəndisliyi”, “Muzey, arxiv işi və abidələrin qorunması” ixtisasları açılacaq.

“Statistika” ixtisası Beynəlxalq münasibətlər və iqtisadiyyat, “Meliorasiya mühəndisliyi” ixtisası Coğrafiya, “Muzey, arxiv işi və abidələrin qorunması” ixtisası isə İnformasiya və sənəd menecmenti fakültələrində tədris olunacaq.

Magistratura səviyyəsində isə “Tərcümə (ərəb dili üzrə)”, “Davamlı inkişafda təbii ehtiyatların idarə edilməsi” və “Gömrük ekspertizası” ixtisaslaşmaları açılacaq.

“Tərcümə (ərəb dili üzrə)” ixtisaslaşması Şərqşünaslıq, “Davamlı inkişafda təbii ehtiyatların idarə edilməsi” ixtisaslaşması Coğrafiya, “Gömrük ekspertizası” ixtisaslaşması isə Kimya fakültələrində tədris ediləcək.

Qeyd edək ki, 2023/2024-cü tədris ilindən BDU-nun SABAH qruplarında da 9 yeni ixtisas və ixtisaslaşma açılacaq. SABAH qruplarında bakalavriat səviyyəsində mövcud 9 ixtisasdan əlavə 3 yeni ixtisas (“Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “Biotexnologiya”, “Torpaqşünaslıq və aqrokimya”) əlavə edilib.

SABAH qruplarında magistratura səviyyəsi üzrə 2023-2024-cü tədris ilindən 6 yeni ixtisaslaşmaya (“Ehtimal nəzəriyyəsi və statistika”, “Əməliyyatlar tədqiqi və sistemli təhlil”, “Optimallaşdırma və optimal idarəetmə”, “Nanohissəciklər fizikası”, “Kimyəvi kinetika və kataliz”, “Molekulyar biologiya”) qəbul elan olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı