Bakı-Naxçıvan reysinin təyyarəsi tufana görə eniş edə bilmədi

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-265 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Metbuat.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC məlumat yayıb.

Bildirilib ki, təyyarə saat 22:50-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı