Ermənistanda qadınlar hərbi xidmət keçəcək - TƏSDİQLƏNDİ

Ermənistan parlamentinin növbədənkənar iclasında qadınların könüllü olaraq hərbi xidmətə çağırılmasını nəzərdə tutan qanun layihəsi qəbul edilib.

Metbuat.az xəbər verir ki, 107 deputatdan 64-ü layihənin lehinə səs verib.

Qanuna əsasən 18-27 yaşlı qadınlar hər il martın 1-dən və oktyabrın 1-dək altı aylıq xidmət üçün müraciət edə biləcəklər.

Qeyd edilib ki, qadınların çağırış günündən əvvəl xidmətdən imtina etmək hüquqları var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı