“Səni böcək kimi əzəcəklər” - Priqojinlə danışığın DETALLARI

Belarus prezidenti Aleksandr Lukaşenko üsyançı “Vaqner” dəstəsinin rəhbəri Yevgeni Priqojin ilə danışığının detallarını açıqlayıb.

Metbuat.az xəbər verir ki, detallar BBC tərəfindən təqdim olunub.

“Mən Putinə dedim: Biz Priqojini aradan götürə bilərik, bu, problem deyil. Birinci cəhddə olmasa da, ikinci cəhddə biz buna nail olarıq. Mən Putinə dedim: “Bunu etmə”.

Lukaşenko deyib ki, o, Priqojinə zəng etməyi təklif edib. Buna cavab olaraq Putin deyib: “Bax, Saşa, bunun heç bir xeyri olmayacaq, o, telefonu belə götürmür və heç kimlə danışmaq istəmir”.

“Mənə onun nömrəsini ver” dedim. Putin “çox güman ki, onun nömrəsi FSB-də var”, dedi.

Priqojinlə söhbətini təsvir edən Lukaşenko bildirib ki, “Vaqner” muzdlu ordusunun rəhbəri o vaxta qədər uğur qazanması səbəbindən eyforiya vəziyyətində olub.

Belarus liderinin sözlərinə görə, Yevgeni Priqojin ona deyib: “Biz ədalət istəyirik, bizi boğmaq istəyirlər, biz Moskvaya gedəcəyik”.

“Ona dedim ki, səni yolun yarısında böcək kimi əzəcəklər”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı