Türkiyədə meşə yanır - FOTO

Türkiyənin Muğla vilayətinin Datça rayonunda meşə yanğını başlayıb.

Metbuat.az xəbər verir ki, hadisə yerinə çoxlu sayda yanğınsöndürən cəlb edilib.

Yanğın yerli vaxtla saat 18:30 radələrində Datça rayonunun Kargı məhəlləsində naməlum səbəbdən baş verib. Muğla Meşə Region İdarəsinə məxsus qruplar yanğına havadan və qurudan müdaxilə etməyə başlayıb. Yanğının söndürülməsinə 6 təyyarə, 10 helikopter və çoxlu sayda yanğınsöndürən maşın cəlb olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR