Etirazçılar Pariji "partladır" - Silah mağazası talan edildi

Fransada yeniyetmənin polis tərəfindən qətlə yetirilməsindən sonra başlayan iğtişaşlar davam edir.

Metbuat.az xəbər verir ki, hüquq-mühafizə orqanları ötən gün iğtişaşlar zamanı 1000-dən çox adam saxlanılıb. Saxlanılanların çox hissəsinin 17 yaşlı gənclər olduğu bildirilir.

Fransa mətbuatı bir çox şəhərdə çoxlu sayda talan və toqquşma olduğunu qeyd edib. Bir çox yerlərdə əyləncə tədbirləri ləğv edilib, gecə saatlarında ictimai nəqliyyatın hərəkəti dayandırılıb. Bəzi kommunalarda komendant saatı tətbiq edilib.

Bundan başqa, Marsel şəhərində nümayişçilər silah mağazasını qarət ediblər. Çoxlu sayda silah və sursatın talan edildiyi bildirilir.

“Təhlükəli ərazilərdə” əyləncə tədbirləri ləğv edilib, gecə saatlarında ictimai nəqliyyatın hərəkəti dayandırılıb. Bəzi kommunalarda komendant saatı tətbiq edilib.

Qeyd edək ki, Fransada etirazlar iyunun 27-də başlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı