Ukrayna 37 kvadrat kilometr ərazini işğaldan azad etdi

Son bir həftə ərzində Ukrayna ordusu 37 kvadrat kilometrdən çox ərazini Rusiyanın işğalından azad edib.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar açıqlama verib. O bildirib ki, azad edilən ərazinin 9 kvadrat kilometri şərq cəbhəsində, 28,4 kvadrat kilometr ərazi isə cənubda yerləşir. Ukrayna ordusunun şərqdə həm hücum, həm də müdafiə həmlələrini davam etdirdiyini bildirən Malyarın sözlərinə görə, hərbçilər Baxmut istiqamətində də irəliləyir.

Düşmən Port, Avdiyivka və Marinka istiqamətlərində hücumlarını davam etdirsə də irəliləyə bilməyib. Malyar qeyd edib ki, ruslar şərq cəbhəsində hücumları iki dəfə artırıb. Malyar Ukrayna ordusunun cəbubda Melitopol və Berdyansk istiqamətlərində də hücum əməliyyatlarını davam etdirdiyini bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı