3 nəfərin ölümü ilə bitən ağır qəza bu səbəbdən baş verib - FOTOLAR

Baş Dövlət Yol Polisi İdarəsi Ələt-Astara yolunun 70-ci km-də baş verən qəza ilə bağlı məlumat yayıb.

Metbuat.az xəbər verir ki, məlumatda qeyd olunub ki, dünən sözügedən ərazidə Rusiya Federasiyası vətəndaşı U.Kərimovun idarə etdiyi "Volvo" markalı B082OK06 nömrə nişanlı yük avtomobili qarşıda hərəkət edən Bakı şəhər sakini Fərziyev Məhərrəm Balaxan oğlunun idarə etdiyi "Vaz-21051" markalı 99-NA-636 nömrə nişanlı avtomobillə toqquşmuş, nəticdə Vaz-21051" markalı avtomobilin sürücüsü və 2 nəfər sərnişini dünyasını dəyişib:

"İlkin ehtimala görə qəzanın baş verməsinə səbəb yük avtomobili sürücüsünün diqqətsizliyi və "Vaz-21051" markalı avtomobilin sürücüsünün sürət həddi yüksək olan magistral yolda sağ zolaq boş olduğu halda avtomobili sol zolaqla və aşağı sürətlə idarə etməsidir. Eyni zamanda "Vaz-21051" markalı avtomobilin istismar müddətinin 33 ildən artıq olması, texniki vəziyyətinin müasir tələblərə cavab verməməsi və qəza zamanı böyük əhəmiyyət kəsb edən təhlükəsizlik avadanlıqlarının olmaması bu qəzada ölüm hallarının baş verməsinin əsas səbəblərindəndir. Bir daha bütün sürücülərdən yollarda diqqətli olmaları, sürət həddi yüksək olan yollarda sağ zolaq boş olduğu halda avtomobili sol zolaqla və aşağı sürətlə idarə etməmələri, texniki tələblərə cavab verməyən avtomobillərlə magistral yola çıxaraq həm özləri həmdə digər yol hərəkəti iştirakçıları üçün təhlükə yaratmamaları, xüsusən yay aylarında görünüşü məhdudlaşdıran örtüklərdən istifadə edərək görüş dairələrini məhdudlaşdırmamaları xahiş olunur", - deyə məlumatda qeyd olunub.

14:25

Ələt-Astara yolunda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, "Volvo" markalı yük avtomobili qarşıda hərəkət edən "Vaz-21051" markalı avtomobillə toqquşub. Nəticədə, "VAZ-21051" markalı avtomobilin sürücüsü və 2 nəfər sərnişini dünyasını dəyişib.

Məlumata görə, vəfat edən şəxslər - 57 yaşlı Məhərrəm Fərziyev, onun arvadı Xanım Fərziyeva və qardaşı İlqar Fərziyevdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR