"Uşağa pul veririk yemək alsın, siqaret alır" - Ucuz siqaretlərə niyə nəzarət yoxdur?

Azərbaycanda təhlükəli siqaret istehsal edən sex hələ də fəaliyyətini davam etdirir.

Bu barədə Metbuat.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib. O bildirib ki, Şəkidə fəaliyyət göstərən siqaret sexi əhaliyə 40-50 qəpiyə siqaret satır:

"20 ildən çoxdur ki, tütün məmulatlarına qarşı mübarizə aparırıq. Bizim mübarizəmizin hədəfi elektron siqaretlər, siqareti tərk etmək üçün yalançı maddələr, yalançı həkimlərdir. Siqaretin bütün növləri təhlükəlidir. Xüsusən primitiv üsullarla istehsal olunan filtersiz, yüngül siqaretlər. Artıq 5 ildir ki, Şəkidə tütün fabriki fəaliyyət göstərir. O gizli fəaliyyət göstərmir. Bu sexin istehsal etdiyi siqaretlərin xarici ölkələrdə ekspertizasını keçirdik. "Karvan", "Marxal" s. siqaretlərdə çox təhlükəli maddələr olduğu üzə çıxdı".

Sədr bildirib ki, dövlət orqanlarına qarşı məsələ qaldırılıb. Lakin bu siqaret firması hələ istehsala davam edir:

"Dövlət orqanları qarşısında məsələ qaldırdıq. Bizə rəsmi sənədlər verdilər ki, bunlar doğrudan da təhlükəlidir. 40-50 qəpiyə şəhərin mərkəzində satılır. Bakıda da satılır dəfələrlə onun istehsalçısı ilə söhbət etmişəm. İstehsalçı Şəkidədir. Mənə dedi ki, həmin siqaretləri Gürcüstana göndərəcək. Lakin bu siqaretlər yenə Bakıda, ölkənin hər yerində, cənub zonasında - hər yerdə satılır".

Ekspert: “Dönərxanalar mənşəyi bilinməyən ətlərdən istifadə edir” -  17.09.2020, Sputnik Azərbaycan

Eyyub Hüseynov bildirib ki, valideynlər də bu haldan olduqca narahatdır:

"Valideynlər mənə zəng vurur ki, uşaqlarımıza 40-50 qəpik pul veririk ki, məktəbdə nəsə alıb yesinlər. Gedib siqaretə verib çəkirlər. Məişət narkomaniyasının artmasında, inkişaf etməsində ucuz siqaretlərin böyük rolu var. Ölkədə 2025-ci ilə qədər qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair strategiya mövcuddur. Bu strategiyaya görə, bu illər ərzində 10 faizə qədər tütündən istifadə azaldılmalıdır. Lakin biz görürük ki, daha da inkişaf edir, elektron siqaretlər buna bənzər başqa vasitələrlə hələ bazara daxil olurlar.

Tütün tütün məmulatı haqqında qanunda dəfələrlə dəyişiklik olunub, lakin yerinə yetirilmir. Digər tərəfdən qəlyan da bazara girib. Yəni tütünə qarşı mübarizə tədbirləri tam effektsizdir".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR