Türkiyə millisinin futbolçusu Merih Demiral "Atalanta" forması ilə uğurlu çıxışından sonra İtaliya nəhənginə transfer olur.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, futbolçu “İnter”ə transfer olmağa qərar verib. Məlumata görə, “İnter” və futbolçu arasında detallar razılaşdırılıb. Transferin rəsmiləşməsi üçün imza qalıb. Məlumata görə, Demiralın “İnter” klubunu seçməsinə Hakan Çalhanoğlu da təsir göstərib. “İnter”in futbolçusu olan Hakan Çalhanoğlu Demiralı kluba gəlmək üçün razı salıb. İtaliyalı jurnalist Fabrizio Romano bildirib ki, Demiralın trasferi “İnter”in əsas hədəfi olub.
Qeyd edək ki, Merih Demiral “Atalanta”nın heyətində ümumilikdə 167 matçda iştirak edib. Milli müdafiəçi bu matçlarda 7 qol və 5 məhsuldar ötürmə ilə çıxış edib.