"Rusiya Ukraynada F-16 qırıcılarının xidmət personalını məhv edəcək" - General açıqladı

"Əgər Qərb ölkələri Kiyevə F-16 təyyarələri göndərərsə, Amerika qırıcılarının xarici xidmət personalı Rusiya ordusu üçün qanuni hədəfə çevriləcək" .

Metbuat.az xəbər verir ki, bu fikirləri "Newsweek" ə ABŞ Kiber Komandanlığının keçmiş rəhbərinin müavini, istefada olan general-leytenant Çarli Murdan deyib.

Onun sözlərinə görə, sovet təyyarələrindən fərqli olaraq, F-16-lar mərkəzləşdirilmiş uçuş bazalarına ehtiyacı olur. Bu da onları Rusiyanın zərbələri üçün hədəfə çevirir. Murdan onu da xatırladıb ki, bazalarda Ukraynaya texniki xidmət göstərmək üçün Qərb və ya NATO mütəxəssislərinə ehtiyac olacaq. Silahlı münaqişə qanunlarına görə, bu şəxslər Rusiya üçün çox maraqlı şəxsiyyət halına gəlir", - belə deyərək Murdan qeyd edib.

Bu arada, Britaniya Hərbi Hava Qüvvələrinin keçmiş baş komandiri və Hərbi Hava Marşalı Qreq Baqvel açıqlamasında qeyd edib ki, o ABŞ və ya NATO ölkələrindən hər hansı hərbi personalın Ukraynaya göndəriləcəyinə şübhə ilə yanaşır.

"Əks-hücum tamamlanana qədər Ukrayna F-16 qırıcılarını qəbul etməyəcək",- deyə Qreq bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı