Ən qədim qara dəlik tapıldı - Alimlər necə yarandığını araşdırırlar

Bir qrup astronom 13 milyard ildən çox yaşı olan qara dəliyi kəşf edib.

Metbuat.az xarici mediyaya istinadən xəbər verir ki, məlum olan ən qədim super kütləsi olan bu qara dəliyin Böyük Partlayışdan sonra necə yarana biləcəyi düşündürən suallardandır.

Tədqiqatçılar bildiriblər ki, qara dəliklər adətən böyük ulduzların ölümündən sonra əmələ gəlir. Bu zaman onların işığını saxlayan yanacaq yanmağa başlayır, ulduzun nüvəsi özünün böyük cazibə qüvvəsi altında çökür. Bu o qədər güclü hadisədir ki, nəticədə əsas atomlar nüvə qüvvələrini üstələyərək güclü cazibə qüvvəsi ilə sonsuz kiçik bir nöqtəyə istiqamətlənirlər.

"CEERS 1019" adı verilən qara dəliyin çəkisi bizim günəşin kütləsindən bir neçə milyard dəfə təxminən 9 milyon günəş kütləsi qədərdir. Bundan öncə tapılan Süd Yolunun mərkəzindəki superkütləvi qara dəlik "CEERS 1019"dan olduqca kiçik idi. Onun kütləsi cəmi 4,3 milyon günəş kütləsinə bərabər idi.

Tədqiqatçıların qənaətinə görə, ilkin kainatda daha az kütləli qara dəliklər olmalı idi.

"Biz hesab edirik ki, kütləsi daha az olan kifayət qədər qara dəlik var və qalaktika bizi onları kəşf etmək üçün gözləyir".

Məlumat üçün bildirək ki, ümumi nisbilik nəzəriyyəsi kainatdakı qara dəliklərin bir-birləri ilə hansısa bir yolla əlaqəli olduqlarını göstərir. Bu quruluşda qara dəlikləri bir-birlərinə bağlayan dəhlizlər soxulcan dəlikləri və ya daha az istifadə edilən adı ilə Eynşteyn-Rozen dəlikləri olaraq adlandırılır. Bu barədə olan fərziyyələrə görə qara dəliklər bir başqa kainata açılır və ya bu qara dəliklər kainata ikinci keçid qapılarıdır.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı