NATO liderləri Rusiyanın "qulağının dibində" - Sammit başladı

Litvanın paytaxtı Vilnüsdə dövlət və hökumət başçılarının iştirak etdiyi NATO Sammiti başlayıb.

Metbuat.az xəbər verir ki, sammit liderlərin ailə fotosu çəkməsi ilə başlayıb. NATO-nun baş katibi Stoltenberq açılış nitqində bildirib ki, sammitdə daha güclü müttəfiqlik üçün mühüm qərarlar qəbul ediləcək. Liderlər İsveçin NATO-ya üzvlük prosesini, Ukrayna-Rusiya müharibəsini və NATO-nun yeni hərbi planlarını müzakirə edəcəklər.

Qeyd edək ki, Vilnus Rusiyadan 300 kilometr məsafədə yerləşir. Sammitin təhlükəsizliyi üçün əraziyə hava hücumundan müdafiə sistemləri yerləşdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı