Yayda zəhərlənməmək üçün necə qidalanaq? - Qida mütəxəssisi AÇIQLADI

Qış aylarına nisbətən yay aylarında qida zəhərlənmələri daha çox qeydə alınır. Bəs bu mövsümdə yediyimiz hans qidalara diqqət yetirməliyik?

Məsələ ilə bağlı saytımıza danışan Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, isti havalarda orqanizmin suya ehtiyacı artır. Hər bir insan orqanizmi mütləq şəkildə günlük insan orqanizminin maye balanası təmin edəcək qədər su içməlidir:

"Buraya yalnız təmiz su və gün ərazində qəbul edilən meyvə-tərəvəzlərin tərkibindəki mayelər daxildir. Mövsümündə olan xiyar, pomidor, göyərtilər, yay meyvələri əsas qidalardır. Bir insan orqanizmi üçün standart su insan çəkisinə görə 30 ml hesablanır. Digər bir məqam isə yayda sağlam içkilər, sular, evdə hazırlanmış qatıqdan olan ayranlar, bitki dəmləmələri orqanizmin maye balansını təmin edir. Yayda insan orqanizminin maddələr mübadiləsinin sürəti aşağı düşür və qidaları həzm edə bilmir. Bu da vitamin və mineral çatışmazlığına, bağırsaq problemlərinə gətirib çıxarır Mütləq tez həzm olunan və yüngül qidalardan istifadə etmək lazımdır. Yayda insanlar yuxu rejiminə də diqqət etməlidirlər. Bu da iştaha təsir edir. Əks halda hormonal balans pozulur".

O qeyd edib ki, qidalarda müxtəlif çeşidlərə fikir vermək lazımdır, yediyimiz qidaların mənşəyi mütləq bilinməlidir:

"Günlük karbohidrat, zülal ehtiyaclarımızı almalıyıq. Vitamin və mineral balansı üçün tərəvəz və çərəzlərə üstünlük verməliyik. Bunları qəbul etməklə biz orqanizmimizin bütün makro və mikro elementlər ehtiyacını ödəyə bilərik.

Yayda istehsal olunan dondurmalarda yüksək kalori, şəkər var. Dondurma sağlam süd, qaymaq, yağdan hazırlanıbsa, çox keyfiyyətli qidadır. Bu qida məhsulları orqanizmə enerji verir. Lakin yeməkdən dərhal sonra yemək olmaz, gün ərzində qəbul etdiyimiz kalori miqdarına hesablamalıyıq. Onu məhz elə yemək zamanı qəbul etmək olar. Çünki dondurmanın tərkibindəkilər orqanizmin enerji ehtiyacını ödəyir.

Satışda olan paketlənmiş dondurmaların tərkibindəki məhsulların çoxu keyfiyyətsiz olur. Əgər palma, trans yağlardan, dadlandırıcı olaraq kimyəvi maddələrdən daha çox istifadə olunubsa, dondurma birbaşa təhlükə yaradır. Gün ərazində qadınlar 20, kişilər 35 qram şəkər qəbul etməlidir. Günlük şəkər meyvə-tərəvəzdən alınıbsa, dondurma artıq əlavə şəkər miqdarı deməkdir. Bu zaman orqanizm üçün zərərli ola bilər".

Qida mütəxəssisi yayda idmana gedən şəxslərin qidalanması məsələsinə toxunub.

"İdmana gedən şəxslərə idmandan əvvəl və sonra dərhal qida qəbulu olmaz. Yaxşı olar ki, fəaliyyətə başlamazdan əvvəl və sonra 1 saata ara verilsin. Un məmulatları, xəmir, nişasta tərkibli, düyü kimi qidalar qəbul edilən zaman orqanizmdə problem yaranır. Eyni zamanda idmanda əzələ kütləsi əvəzinə, yağ təbəqəsi arta bilər. Zülal tərkibli yumurta, ət, balıq, toyuq, quş ətləri bunlardan istifadə daha yaxşı olar".

Məhsəti Hüseynova zəhərlənmə hallarının yaşanmaması üçün diqqət edilməsi lazım olan məqamlara da toxunub. Mütəxəssis qeyd edib ki, xüsusilə yay aylarında qızardılmış yeməklərdən çəkinmək lazımdır:

"Həddən artıq qızardılmış qidalar yayda zərərli qidalardır. Yayda az kolorili, müvsümi meyvə-tərəvəzlərdən hazırlanan salatlara üstünlük verilməlidir. Yeməklərin təzə bişirilməsinə diqqət emtək lazımdır. Yayda bişirilən yemək otaqda açıq havada bir saatdan artıq qalsa, onun tərkibində mikrobioloji çirklənmələr yaranır.

Bundan başqa, yayda ən çox zəhərlənmələr göbələkdən qeydə alınır. Yaxşı olar ki, öncə allergiyanın olub-olmaması müəyyən edilsin, market və bazarda sərin yerdə saxlanılan göbələkləri alsınlar. Dondurulmuş ət məhsuldursa, birfədəlik istehlak olunmalıdır.

Son olaraq onu da qeyd edim ki, plastik qablarda, polietilen torbalardan marketdə istifadə olunursa, bunu yaxın məsafə üçün nəzərdə tutun. İsti hava şəritində qaldıqda, onlar məhsullarla reaksiyaya girirlər. Belə olan halda "Bisfenol A" maddəsinin qidaya yoluxmasına səbəb olur. Bu da xərçəng riski yaradır, xroniki xəstəlikləri olan insanlara təsir edir".

Gülər Seymurqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı