Tərtərdə avtomobil qəzaya düşdü - Körpə öldü

Tərtərdə avtomobil qəzaya düşüb, körpə ölüb.

Metbuat.az xəbər verir ki, hadisə Tərtər rayonu, Bəyimsarov kəndi ərazisində qeydə alınıb.

Belə ki, 2000-ci il təvəllüdlü Süleymanov Kamran Səbiri oğlu idarə etdiyi “VAZ-21723” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman o, nəqliyyat vasitəsini yol kənarında olan betona vurub. Nəticədə maşında sərnişin qismində olan oğlu, 2023-cü il təvəllüdlü Cavidan Süleymanov almış olduğu bədən xəsarətlərindən ölüb. Sürücünün anası, 1976-cı il təvəllüdlü Xoşqədəm Süleymanova bud çanaq oynaq nahiyəsinin əzilməsi xəsarəti alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR