Maşın yolunda hərəkət edən piyada həm öz həyatı, həm də sürücülər üçün təhlükəli vəziyyət yaradıb.
Metbuat.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Belə ki, həmin şəxs avtomobil yolunda hərəkət edib, yol hərəkəti qaydalarına riayət etməyib.
Xatırladaq ki, piyadalar piyada svetoforunun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə,yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxılmasına,qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşan zaman hərəkət hissəsinin tərk edilməməsinə görə iyirmi manat məbləğində cərimə edilir.