Natavan Həbibi illər sonra oğlu ilə göründü - FOTO

Müğənni Natavan Həbibi uzun müddət sonra ilk dəfə efirə çıxıb.

Metbuat.az axsam.az-a istinadən xəbər verir ki, sənətçi oğlu Zeydlə birlikdə "Gül kimi şou"nun qonağı olub. Sənətçi övladı ilə məşğul olduğunu və tədbirlərə getdiyini bildirib:

"Evdəyəm, vaxtımı onunla keçirirəm. Tək studiyaya və ya harasa gedəndə özümü qınayıram. Zamanımı onunla keçirmək istədiyim üçün çox vaxt evdə oluram. Albom üzərində işləyərkən dayəmiz var idi. İndi isə yoxdur. Başa düşmüşəm ki, ananın sevgisizliyindən əsas da oğlan uşaqları eqoist olur. Böyüyəndə ciddi psixoloji travmalara yol açır. İstəyirəm ki, ailəsi ilə daha çox vaxt keçirsin. Ailə və dəyərlərin nə olduğunu bilsin. Övladımın baxçaya getməsini istəməzdim".

Qeyd edək ki, Natavan Həbibi verilişlərdən qonorar tələb etdiyi üçün uzun müddətdir efirlərə çıxmırdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı