"Qadın bunu deyirsə, onun yüngül həyat tərzinə marağı var" - Psixoloq

“Ailə qurmaq, ana olmaq hər bir qadının ən ülvi və müqəddəs arzusudur. Ən əsası dünyaya uşaq gətirmək hər bir qadının əsas missiyasıdır. Bu missiyadan imtina edən birisinə heç nə ilə haqq qazandırmaq olmaz".

Metbuat.az "Bizim.media"ya istinadən bildirir ki, bu sözləri psixoloq Gülnar Orucova aktrisa Pərvin Abıyeva ilə bağlı danışarkən deyib. Psixoloqun sözlərinə görə, bir qadın milyonların qarşısında dönə-dönə evlənməyəcəyini və subay qalacağını bəyan edirsə, bu onun yüngül həyat tərzinə marağını göstərir:

Qadın deyəndə hər birimizdə ailə, uşaq assosasiyası yaranır. Çünki, tarix boyu qadının missiyası bu olub. Baxmayaraq ki, son dönəmlərdə ailə institutu çox böyük zərbələrə tuş gəlib. Hazırda Pərvin Abıyeva kimi düşünən xeyli qadın var. Onlar bütün məsuliyyətdən qaçaraq ancaq özləri üçün yaşayırlar.

Digər bir problem bəzi sənət adamlarının efirdə sənətindən yox, öz şəxsi həyatlarından daha çox danışmasıdır. Çünki, özündən daha çox danışan adamların sənətdə heç bir izi olmur. Onlarda tamaşaçının yaddında sənətləri olmadığı üçün fərdi fikirləri və maddi imkanları ilə yadda qalmaq istəyirlər. Bu mənada Pərvin Abıyevanın belə açıqlamalar verməsi başa düşüləndir".

Qeyd edək ki, bir müddət öncə Pərvin Abıyeva həmişə subay qalacağını və ailə qurmaq istəmədiyini deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı