Bu ölkədə çevriliş - Xalq küçələrə axışdı

Nigeriyada hərbçilər hakimiyyəti ələ keçirdiklərini elan ediblər.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, özlərini “Vətənin Müdafiəsi Milli Şurası” adlandıran bir qrup əsgər dövlət televiziyası ORTN-də yayımlanan videoda çevriliş bəyanatını oxuyub. Mətndə ölkənin yaşadığı böhran səbəbilə prezident Bazumun devrildiyi bildirilib.

Saat 22:00-05:00 arasında komendant saatı tətbiq ediləcəyi və bütün sərhədlərin bağlandığı qeyd edilib. Xalq çevrilişin qarşısını almaq üçün küçələrə çıxıb və Bazumun azadlığa buraxılması üçün etiraz aksiyası keçirib.

Bazum isə tvitter hesabında əhaliyə çağırış edərək çevrilişə qarşı mübarizəyə səsləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı