Rusiya bu ölkədə çevriliş etdi - FOTO

Dünyanın ən böyük uran yataqlarına sahib olan Nigerdə hərbi çevrilişdən sonra bütün qurumlar fəaliyyətini dayandırıb və sərhədlər bağlanıb.

Metbuat.az xəbər verir ki, ölkədə komendant saatı elan edilib. Məlumata görə, etirazçılarla təhlükəsizlik qüvvələri arasında şiddətli toqquşmalar olub. Təhlükəsizlik qüvvələri çevrilişə etiraz etmək istəyən nümayişçilərə atəş açıb. Bildirilir ki, Prezident Məhəmməd Bazumu özlərini “Vətəni Müdafiə Milli Şurası” adlandıran bir qrup əsgər devirib. Bir qrup əsgər qərargahda çəkdikləri və dövlət televiziyası “ORTN”də yayımladığı videoda çevriliş bəyanatını oxuyub.

Polkovnik-leytenant Amadou Abdramane tərəfindən oxunan bəyanatda, təhlükəsizlik vəziyyətinin pisləşməsi və ölkənin yaşadığı sosial-iqtisadi böhran səbəbindən Prezident Məhəmməd Bazumun devrildiyi və konstitusiyanın fəaliyyətinin dayandırıldığı bildirilib. Xarici KİV-lərin iddiasına görə, devrilən hakimiyyət Fransaya yaxınlığı ilə seçilib. Çevrilişi təşkil edən qüvvələrin isə Rusiya tərəfdarları olduğu deyilir.

Qeyd edək ki, Prezident Mohamed Bazoum Prezident Mühafizə Alayının üzvləri tərəfindən saxlanılıb. Çevrilişin arxasında 10 ilə yaxın Prezident Mühafizə Alayının komandiri vəzifəsində çalışmış general Ömər Çianinin dayandığı bildirilir. Niger Sahel bölgəsində Mali və Burkina Fasoda hərbi administrasiyalar hakimiyyətə gəldikdən sonra Qərbin yeganə müttəfiqi hesab edilirdi. Mali və Burkina Faso Rusiya tərəfdarı olması ilə seçilir. Niger isə Rusiyanın “Vaqner” muzdluları ilə əməkdaşlığa qarşı idi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı