"Beşiktaş" "Milan"ın təcrübəli futbolçusunu aldı

"Beşiktaş" “Milan”da çıxış edən Ante Rebiçi heyətinə qatıb.

Metbuat.az xəbər verir ki, “Beşiktaş” xorvatiyalı futbolçu ilə 3 illik müqavilə imzalamaq üzrədir. Məlumata görə, “Beşiktaş” 29 yaşlı sol cinah oyunçusu Rebiç üçün “Milan”a 500 min avro və futbolçunun performansından asılı olaraq 1 milyon əlavə ödəniş edəcək.

Son 4 mövsümdə "Milan"da çıxış edən xorvatiyalı futbolçu İtaliya klubu ilə 123 matçda 29 qol vurub, 17 məhsuldar ötürmə edib. Ötən mövsüm 31 matçda meydana çıxan Rebiç 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Ante Rebiç 41 dəfə Xorvatiya millisində çıxış edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR