Tomas Qolts vəfat etdi

Tanınmış amerikalı yazıçı, jurnalist Tomas Qolts vəfat edib.

Metbuat.az xəbər verir ki, o, 68 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, T.Qolts 1954-cü il oktyabrın 11-də Yaponiyada anadan olub. O, 15 il müddətində Türkiyə və postsovet ölkələrində jurnalist fəaliyyəti ilə məşğul olub. Bu müddət ərzində Tomas Qoltz yazdığı kitablarda "qaynar" nöqtələrdə baş verən hadisələri təsvir edib. Onun 1998-ci ildə işıq üzü görən "Azərbaycan gündəliyi" kitabında Xocalı faciəsi, "Çeçenistan gündəliyi"ndə birinci Çeçenistan müharibəsindən, "Gürcüstan gündəliyində" isə gürcü-abxaz münaqişəsi haqda bəhs olunur. 2020-ci ildə Azərbaycan və Qafqaz bölgəsində sülhə və barışığa verdiyi töhfəyə görə ADA Universitetinin Fəxri Doktoru adına layiq görülüb.

Resim


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı