Aparıcı-aktyor Elcan Rəsulov xəstəxanaya yerləşdirilib.
Metbuat.az "Axşam.az"a istinadən xəbər verir ki, qəfildən halı pisləşən sənətçi əməliyyat olunub. Bu haqda onun dostları məlumat yayıb.
Bildirilib ki, hazırda xəstəxanada olan Elcanın vəziyyəti yaxşıdır.
Qeyd edək ki, aktyor bir müddət əvvəl ayağında ağrılar olduğunu, yeriməkdə çətinlik çəkdiyini açıqlamışdı.