Yumurta yüksək miqdarda mineral və vitaminlə zəngindir. Ona görə də, hər gün 1 yumurta qəbul etmək faydalıdır.
Metbuat.az bildirir ki, tərkibində B12, B2 və A vitaminləri olan yumurtanın orqanizmə müsbət təsiri çoxdur. Mütəxəssislərə görə, yumurtanın faydaları bundan ibarətdir:
Yumurtanın tərkibində olan D vitamini orqanizm üçün önəmlidir. Bu, həzm sisteminə və bağırsaqların fəaliyyətinə müsbət təsir edir.
Yumurta tərkibindəki vitaminlər sayəsində ürək xəstəliklərinin ən böyük düşmənidir.
Hamiləlik dövründə yumurta yemək uşağıq inkişafına müsbət təsir göstərir.
Bu qida həmçinin gözlərə də faydalıdır. Yaş ilə əlaqədar olaraq göz zəifləməsinin də qarşısını alır.
Səhərlər yumurta qəbul etmək gün ərzində enerjili qalmağınıza yardım edəcək.
1 ədəd 50 qramlıq yumurtada 90 kalori mövcuddur. Bunun böyük qismi yumurtanın sarısındadır.