İydə faydalı və müalicəvi meyvədir. Bu meyvə hələ qədim zamanlardan müxtəlif xəstəliklərdə istifadə edilib.

Metbuat.az bildirir ki, mütəxəssislər kaliumla zəngin olan bu meyvənin ürək-damar sistemi üçün möcüzəvi təsirə malik olduğunu deyirlər.

İydə ürəyin normal fəaliyyətini təmin edir, ürək ritminin pozulmasının qarşısını alır. Ürək xəstəlikləri zamanı və bu xəstəliklərinin profilaktikası məqsədi ilə hər gün 5 iydə yeyin.

Büzücü təsirə malik olan bu dəmləmə həmçinin ishal zamanı da istifadə olunur.