Yemişlə balı eyni vaxtda niyə yemək olmaz? - SƏBƏB

Yay fəslinin ən sevimli meyvələrindən olan yemişin çoxlu faydaları var. Mütəxəssislərin dediyinə görə, isti yay günlərində yemiş sərinlik və rahatlıq bəxş edir. Yemiş göz xəstəliklərinin qarşısını alır, hamiləliyi asanlaşdırır, immun sistemini gücləndirir, ağciyər xəstəliklərinə səbəb olan zərərli hüceyrələrin sovrulmasını sürətləndirir. Ürək-damar sistemi problemlərinə müsbət təsir edir. El arasında deyirlər ki, yemişi balla eyni vaxtda yemək olmaz.

Metbuat.az xəbər verir ki, həkim-terapevt Nahid Məhərrəmov deyib: “Yemiş mədədə çətin həzm olan qida hesab edilir. Onu balla birlikdə yeyəndə mədə-bağırsaq sistemi daha ağır yüklü qida qəbul etmiş olur, şəkər mübadiləsinin pozulmasına gətirib çıxarır, bir çox hallarda qəbizliyə səbəb olur. Qəbizlik yarananda əgər kimdəsə narahatlıq - məsələn, B12 vitamini, fol turşusu narahatlığı varsa, halsızlıq, ürəkbulanma və s. ola bilər. Qəbizlik çox davam edərsə, daha ciddi nəticələrə aparıb çıxara bilər. Yaxşı olardı ki, qida ən azı dörd saat fərqi ilə qəbul olunsun, çünki həmin müddətdə mədədə həzm prosesi getmiş olur”.

Yemişi səhər yeməyində qəbul etmək tövsiyə olunur. Mütəxəssislər bildirirlər ki, idmanla məşğul olanlar, artıq çəkidən əziyyət çəkənlər gündə 150 qramdan artıq yemiş yeməməlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı