Onlar bir-birləri üçün yaradılıblar – Ən uyumlu BÜRCLƏR

Yeni tanışlıq quranlar adətən bir-birlərinin bürcləri ilə maraqlanmağa diqqət göstərirlər. Hətta evlilik ilə bağlı qərar verəndə də bəzi cütlüklər astroloq axtarışına çıxmağa başlayırlar.

Bəs ümumiyyətlə bürclər arasında emosional uyğunluq nə qədər doğru sayıla bilər? Astroloqlar deyir ki, emosional münasibətlərdə astrologiyadan istifadə etmək böyük fayda verir. İnsanlar bürcündən öz xarakterik xüsusiyyətlərini götürə bilirlər. Əgər sevgi üzərinə qurulan əlaqəniz varsa və ya yeni bir eşqə yelkən açmaq istəyirsinizsə, uyğun gələn və asanlıqla anlaşan bürclərə nəzər sala bilərsiniz.

Əqrəb və Xərçəng

Hər ikisi olduqca emosionaldır. Sanki bir almanın iki yarısı təsirini yaradır. Sevgi münasibətlərindəki harmoniya onları əfsanəvi bir birlikdəlik aşamağa sövq edir. Bu iki cütlüyü oxşar əxlaqi dəyərlər, ortaq dostlar, sosial dairələr bir-birinə daha da bağlayır.

Oxatan və Qoç

Oxatan və Qoç münasibətlərində ən çox diqqət çəkən, şübhəsiz ki, möhtəşəm intim həyat olacaq. Sevgini daha da gücləndirən cazibələri onları mükəmməl uyğunlaşdıracaqdır. Bir-birini az qala vəhşicəsinə qucaqlayan bu cütlük, başqalarının həsəd apara biləcəyi enerji yayırlar. Cütlüklər az qala münasibətlərində bir-birinə güzgü rolunu oynayıb səhvlərini və düzlərini müzakirə edə bilirlər. Oxatan və Qoç münasibətinin xoşbəxtliyi uzunömürlü olur.

Oğlaq və Buğa

Bütün astroloqlar Oğlaq və Buğanın sevgisinin, demək olar ki, əbədi bir sevgi hekayəsi olduğunu qəbul edirlər. Əgər gözlərinin içinə baxaraq saatlarla bir-birini dinləyən cütlüklərlə qarşılaşmısınızsa, onların Oğlaq və Buğa cütlüyü olma ehtimalı yüksəkdir.

Dolça və Əkizlər

Dolça və Əkizlər bir-birinə fərqli nöqtələrdən toxunacaq və şəxsi kəşflərində bir-birlərinə dəstək olacaq sevgi yaşayırlar. Həyatı və yaşadıqlarını sorğu-sual edərkən, fərqli perspektivlər təqdim edərək bir-birlərinə xoşbəxtlik gətirirlər. Bu az qala mistik əvəzolunmaz sevgi hekayəsinə bənzəyir.

Balıq və Əqrəb

Balıqlar və Əqrəb sevgisinin intuitivliyinə heyran olmamaq çətindir . Bir-birinin fikrini, istəklərini az qala oxuya bilən bu cütlük mükəmməl harmoniya tapırlar. Həyata eyni pəncərədən baxan bu cütlük, onları incitəcək şeyləri qarşı tərəfə yaşatmamağı yaxşı bilirlər. Yüksək ehtiraslarla yanaşı, bu cütlük romantikadan qaçmadan bütün varlıqları ilə sevgi yaşayır.

Tərəzi və Əkizlər

Qərarsız və qeyri-sabit tərəfləri ilə tanınan bu iki bürc Tərəzi və Əkizlər bu mövzuda anlaşaraq bir-birini tamamlayırlar. Onların arasında güclü intellektual bağ var. Hər iki Bürc əlaməti ağıllıdır və zəkanı seksual hesab edir. Bu sayədə axtardıqları cinsi enerjini bir-birlərində tapacaqlar. Bu onlarda bir-birindən yeni məlumatlar əldə etmək onlar üçün stimul olacaq.

Aidə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı