"Xalqın dərdini deməyə getmişdi, yoxsa orden almağa?" - Əməkdar artist

Aktyor Rasim Balayevin "BBC News Azərbaycanca"a müsahibəsi zamanı dedikləri, xüsusən xalqın problemlərini dilə gətirməklə bağlı suala cavab verərkən "kütlə" ifadəsini işlətməsi sosial şəbəkələrdə müzakirəyə yol açıb.

Metbuat.az "Axsam.az"a istinadən bildirir ki, Əməkdar artist Gülzar Qurbanova isə aktyoru bu sözlərlə müdafiə edib:

"Rasim Balayev xalqın dərdini danışmağa getmişdi, yoxsa "İstiqlal" ordeni almağa? Rasim Balayev ilk öncə sənətkardır. Sənətkar! Sənət siyasətin aləti deyil. Həm də yaddan çıxarmayaq ki, Rasim Balayevin səsi ilə oxunulmuş Quran böyük bir nəslə mərifət, nur paylayan çıraq olub".

Xalq artisti Mehriban Zəki də məsələ ilə bağlı paylaşım edib:

"Başa düşə bilmirəm, millətin problemlərini vəzifəsi dövlət rəhbərinə çatdırmalı olan millət vəkillərindən niyə soruşulmur? Bir sənət adamı, incəsənət sakini olan bir şəxsiyyət təhqirlə istintaq olunur? Bu kobud, zəkasız, peşədən, etikadan uzaq, münasibətə niyə yol verilir?".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı