“Qarabağ” bu gün cavab oyununa çıxır - Avropa Liqası

“Qarabağ” bu gün Avropa Liqasının III təsnifat mərhələsinin cavab matçına çıxacaq.

Metbuat.az xəbər verir ki, Ağdam klubu səfərdə HİK-lə görüşədək.

Ötən həftə Bakıda 2:1 hesabı ilə qalib gələn ağdamlılar Finlandiyada üstünlüyünü qorumağa çalışacaq.

“Qarabağ” bu səddi adlasa, avrokubokların qrupunda yerini təmin edəcək. Ağdamlıları Avropa Liqasının pley-offunda Sloveniya “Olimpiya”sı gözləyir.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Avropa Liqası

III təsnifat mərhələsi, cavab oyunu

17 avqust

20:00. HİK (Finlandiya) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Villy Delajod (Fransa)

Helsinki Futbol stadionu

İlk oyun – 1:2


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı