"Qarabağ"ın yeni qapıçısı bu gün Bakıya gəlir - DETALLAR

"Qarabağ" "Bayer"dən (Almaniya) ayrılan qapıçı Andrey Lunyevlə razılaşıb.

Metbuat.az "Qol.az"a istinadən bildirir ki, 32 yaşlı qolkiper bu gün Bakıya gələcək. O, sabah tibbi müayinədən keçəcək. Daha sonra rusiyalı qolkiperlə 1 illik müqavilə imzalanacağı gözlənilir. O, “Qarabağ”a azad agent kimi keçib.

Qeyd edək ki, Lunyov karyerası ərzində "Torpedo", "İstra", "Kaluqa", "Saturn Ramenskoye", "Ufa", "Zenit" komandalarında da oynayıb. O, son klubu "Bayer"də 2021-ci ildən çıxış edirdi və may ayında komandadan ayrılıb.

O, Rusiyanın əsas millisində 7 oyun keçirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı