"Turan Tovuz" Qərb derbisində qələbə qazandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start verilib.

Metbuat.az-ın məlumatına görə, Qərb derbisində "Kəpəz" Turan Tovuz"u qəbul edib.

Gəncə şəhər stadionunda baş tutan qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə bitib. Komandanın heyətində 18-ci dəqiqədə Martin Petkov, 21-ci dəqiqədə isə Belajdi Pusi fərqlənib.

Tovuz klubu bu nəticədən sonra 6-cı xalını qazanıb və lider "Zirə"yə çatıb. "Kəpəz" isə 3 xalla altıncı sıradadır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR