​"Qalatasaray"ın bu təqdimatı dünyada gündəm oldu - FOTO

"Qalatasaray"ın "Çelsi"dən transfer etdiyi Hakim Ziyeçi təqdim etmə forması dünya mediasında gündəm olub.

Metbuat.az xəbər verir ki, Hakim Ziyeç “Qalatasaray” və “Trabzonspor” arasındakı qarşılaşma zamanı azarkeşlərin arasında ortaya çıxıb. Oyunçunun təqdimatı bir çox Avropa ölkəsinin idman nəşrlərində yer alıb.

Məlumata görə, "Qalatasaray" Hakim Ziyeçlə 1+1+1 illik müqavilə imzalayıb. İcarə şərtlərinə əsasən futbolçuya bu il üçün 3,5 milyon avro, müqavilə davam edərsə, qalan 2 il üçün isə 2,8 milyon avro ödəniləcək. Hakim Ziyeç klub televiziyasına ilk açıqlamasını verib.

Mərakeşli oyunçu, "Türkiyənin ən böyük klubu "Qalatasaray"da oynadığım üçün çox xoşbəxt və həyəcanlıyam. “Qalatasaray” tarixində digər uğurlu futbolçular kimi iz buraxmaq istəyirəm. Özümə güvənirəm. Komanda olaraq uğur qazanacağıq” - deyə bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı