“Qarabağ” yeni transferləri Andrey Lunyov və Mateus Silvanın adını UEFA Avropa Liqasının pley-off mərhələsində Sloveniyanın “Olimpiya” klubu ilə keçiriləcək oyunların iştirak ərizəsinə əlavə edib.
Bu barədə Metbuat.az-a Ağdam təmsilçisindən məlumat verilib.
Bildirilib ki, rusiyalı qapıçı və braziliyalı müdafiəçi avqustun 24-də Lyublyanada, 31-də isə Bakıda keçiriləcək görüşlərdə məşqçilər korpusunun sərəncamında olacaqlar. Lunyov 99, Silva isə 2 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, azad agent kimi heyətə cəlb olunan qapıçı Andrey Lunyovla 1+1 illik müqavilə bağlanıb. Sağ cinah müdafiəçisi Mateus Silva isə Bolqarıstanın “Lokomotiv” (Plovdiv) klubundan transfer edilib. 25 yaşlı oyunçu Azərbaycan çempionu ilə 2+2 illik sözləşmə imzalayıb.